2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol hərəkəti qaydaları üzrə 2 milyon 846,5 min pozuntu eydə alınıb.
Eləcə də bax: Dövlət qurumlarının avtomobilləri - SATIŞA ÇIXARILDI - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, yol hərəkəti qaydalarının 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulmasına aid olub.
Başqa sözlə, 9 ayda 980 min avtomobil radara düşüb, 590 avtomobilə isə düzgün parklanmamaya görə cərimə yazılıb.
9 ayda 236 min avtomobil svetaforun qırmızı işığında keçib.
İlk 9 ayda 208 min nəfər təhlükəsizlik kəmərini bağlamamağa görə cərimələnib. Toplanan cərimələrin təqribən 8 milyon manatı belə sürücülərdən yığılıb.
FED.az xəbər verir ki, bu dövrdə cərimələlərin 8,7 faizi və ya 247,6 mini yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,1 faizi 116,7 mini epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasının payına düşüb.
Bu il ərzində 91 min nəfər avtomobilin icbari sığortası olmadığına görə radara düşüb.
Qaydaların pozulmasına görə, ümumilikdə 93,2 milyon manat məbləğində cərimə yazılıb.