Bu ilin yanvar-mart aylarında Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə, 701,6 min inzibati xəta qeydə alınıb. FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə inzibati pozuntuların sayı 10,8 faiz azalıb.
Eləcə də bax: Pozuntuları 1 ildir ki, gizlədirmiş - ETİRAF ETDİ
Xətaların 42,4 faizi sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz az), 11,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2 faiz az), 8,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3 faiz az), 7,5 faizi dayanma və ya durma qaydalarının pozulması (47,0 faiz az) olub.
İnzibati pozuntuların 4,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 faiz az), 3,8 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29,0 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 23,1 milyon manat cərimə tətbiq edilib.