“Yol hərəkəti əlifbası” yaradılacaq və tədris proqramlarına salınacaq.
Eləcə də bax: Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı - TƏSDİQLƏNDİ
FED.az "report"a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Qərara əsasən, “Yol hərəkəti əlifbası”nın yaradılması və tədris proqramlarına salınması ilə bağlı icraçı qurumlar Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyidir (BNA).
Qərarın bu bəndi 2020-2022-ci illərdə icra edilməlidir.