Hazırda Bakıda tikilməkdə olan mənzillərin qiymətləri şərtlərdən aslı olaraq dəyişir. Fins.az-ın araşdırmasına görə, katlavandan və yaxud bir neçə mərtəbə tikilən binalardan mənzil almaq daha ucuz başa gəlir. Məsələn, “Terras Park” yaşayış kompleksində katlavandan 5-ci mərtəbəyə qədər tikilən binalar üzrə mənzillərin qiyməti hər kv.m üzrə 850 manatdan hesablanır. 12-ci mərtbəyə qədər tikinti prosesi yekunlaşıbsa bu qiymət 930 manata, 12-ci mərtəbədən yuxarı isə 1020 manata qədər yüksəlir. Təmirin səviyyəsindən aslı olaraq isə kv.m üzrə qiymətlər 1270 manatdan 1470 manata qədər arta bilir. “Terras Park” yaşayış kompleksindən Fins.az-a verilən məlumata görə, qiymətlərin tikintinin vəziyyətinə görə dəyişməsi inamla bağlıdır. Yəni, binanın tikintisi ilə bağlı işlər artdıqca işin yekunlaşmasına inam artır və bu da qiymətlərdə özünü göstərir. Bu şərtlər özünü eynilə digər tikinti şirkətlərinin təkliflərində də büruzə verir. Digər yaşayış kompleksləri də tikintinin vəziyyətindən, təhvil verilmə müddətindən, satış şərtlərindən, mənzillərin təmir səviyyəsindən aslı olaraq mənzilləri hər kv.m üzrə 950 -1550 manata təklif edirlər. Bəs yeni mənzilləri hansı mərhələdə almaq sərfəlidir?
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Fins.az-a bildirib ki, məsələyə iki formada yanaşmaq olar: pul və risk üzrə. Ekspertin sözlərinə görə, pul baxımından yanaşma da müxtəlif təbəqələr üzrə dəyişir. Məsələn, iş adamı üçün evi kreditə almaq sərfəlidir: “Çünki pul investora daha çox lazımdır, nəinki onu daşınmaz əmlaka yatırmaq. Diqqət yetirsəz, bütün varlı adamlar hər bir şeyi kreditlə alırlar. Kredit onlar üçün daha sərfəlidir”.
Ekpert bildirib ki, kiçik və orta sahibkarlar üçün tikinti işləri artıq yarıya qədər görülən və yaxud tikinti prosesi tamamlanmış binalardan mənzil almaq sərfəlidir. Çünki onların əllərində həmişə ehtiyat vəsaitləri olur: “Həmin ehtiyat vəsaiti mənzilə yönəltmək olar, təbii ki, işinə xərər gətirməmək şərtilə”.
Gəliri ancaq əmək haqqından ibarət olan vətəndaşlar isə əgər müəyyən məbləğ ayıra bilirlərsə ilkin mərhələdə olan mənzili almaq sərfəlidir. N.İbrahimovun sözlərinə görə, vəsaitin müəyyən hissəsi vətəndaşın əlində artıq qalır və bu vəsaitlə ucuz qiymətə ilkin vəziyyətdə olan mənzili almaq sərfəli ola bilər.
Ekspert hesab edir ki, ev satıb ev almaq istəyən vətəndaşlar isə tamamlanmış binada ev almalıdırlar: “Yəni, onsuzda ev satdığı üçün əlində xeyli vəsait cəm olur, ona görə də tamamlanan və sənədi olan binalardan mənzil almaq məqsədəuyğun olar. Bundan əlavə, nağd şəkildə mənzil almaq daha ucuz başa gəlir”.
Risk baxımından məsələyə yanaşıldıqda isə ekspert qeyd edir ki, tikinti mərhələsində olan binadan ev almaq doğru deyil. “Yarı tikili binadan ev almamaq hər hansı bir riskdən tam yayınmaq deməkdir”. Bununla belə, yarı tikili vəziyyətdə olan binadan ev almaq istəyirsə, bu zaman başqa ərazilərdə etimad qazanmış tikinti şirkətlərini seçmək məqsədəuyğundur.
N.İbrahimov bildirib ki, ən doğru yanaşma odur ki, tamamlanmış və sənədi olan binadan mənzil alınsın.
Yaşayış kompleksi |
Tikinti mərhələləri |
Qiymətlər Kv.m-lə |
Şərtlər |
Təhvil veriləcək |
Terras Park |
Katlavan -5ci mərtəbə |
850 AZN |
40% ilkin ödəniş,qalan hissə 36 aya daxili kreditlə |
2020-ci il |
5-12-ci mərtəbə |
930 AZN |
|||
12-23-cü mərtəbə |
1020 AZN |
|||
Təmirli |
1270-1470 AZN |
|||
Kristal Abşeron
|
Təmirli |
1450 |
İllik 7%-lə (ilkin ödəniş 20%)25 illik dövlət ipotekası |
Dekabrda |
1380 |
20 % ilkin ödəniş və 2 illik daxili kreditlə
|
|||
1250 |
Martda |
|||
1320 |
İllik 7%-lə (ilkin ödəniş 20%) 25 illik dövlət ipotekası |
|||
1360 |
2018-ci ilin sonu |
|||
1290 |
20 % ilkin ödəniş və 2 illik daxili kreditlə
|
|||
Melissa Park |
Təmirli və təmirsiz(mərtəbədən aslı olaraq) |
950 - 1400 AZN |
5 illik daxili kredit və 25 illik ipoteka krediti (İllik 7%) sadələşmiş sənədləşmə şərtləri ilə. |
Avqust 2018 |
Təmirli |
1300-1500 AZN |
Hazır bina |
||
Melissa Residence |
Təmirli və təmirsiz(mərtəbədən aslı olaraq) |
1150- 1465 AZN |
2018-ci ilin sonu |
|
Melissa Azadlıq |
2-3 və 20-ci mərtəbələr (təmirsiz) |
1450 AZN |
3 illik daxili kreditlə |
24 aya təhvil veriləcək |
4-14-cü mərtəbələr (təmirsiz) |
1500 AZN |
|||
15-19 mərtəbələr |
1550 AZN |
|