Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə yeni yolların tikintisinə başlayacaq.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Qurum rəhbəri bildirib ki, artıq həmin yollarının layihələri hazırdır: "Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub.
Bundan başqa, Ucar- Zərdab-Ağcabədi yolunun, Biləsuvar-Bəhrəmtəpə yolunun yenidən qurulmasə vəə Xaldan- Gürcüstan sərhəddi avtomobil yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq".