"Azərbaycan Dəmir Yolları" QSC və “Belarus Dəmir Yolları” arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalanıb.
FED.az-ın məlumatına görə, saziş Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 11-ci iclası çərçivəsində imzalanıb.
ELƏCƏ DƏ BAX: Turist bölgələrinə gedən yolların bərpasına başlanıldı
Sənədi “Belarus Dəmir Yolları”-nın rəhbəri Vladimir Morozov və "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanov imzalayıblar.
Müqavilə dəmir yolu nəqliyyatının və Avrasiya Asiya bazarında öz paylarını artırmaq üçün dəmiryol şirkətlərinin nəqliyyat və tranzit potensialının istifadəsinə və inkişafına yönəlib. Sənəd Bakı-Tbilisi-Qars dəmir yolundan istifadfə etməklə, Belarus-Azərbaycan-Türkiyə və Şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində Belarus-Azərbaycan-İran marşrutu ilə dəmir yolu vasitəsi ilə yükdaşımanın artırılmasını nəzərdə tutur.
Tərəflər həmçinin Belarus və Azərbaycan arasında dəmir yolu ilə sərnişindaşıma imkanlarını araşdırmaq barədə razılığa gəliblər.
Bununla yanaşı, dəmiryol şirkətləri dəmir yolu nəqliyyatının kadrlarının, eləcə də sosial sahədə təlim və yenidənqurma təcrübəsi ilə razılaşıblar.
Yeni dəmir yolu marşrutları – AÇILIR
20:08
19 Noy 2018