Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur.
FED.az-ın xəbərinə görə, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidməti anar Nəcəfli bildirib. Onun sözlərinə görə şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb. Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də görülür.