Yolların bərbad vəziyyətdə olması, xüsusilə yağışlı havalarda böyük problemlərin və ənənəvi olaraq tıxacların yaranması Xırdalan şəhərindəki mənzillərin qiymətinə də təsirini göstərir.
Bu barədə FED.az-a "Vecon" qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirib.
Eləcə də bax: Xırdalanda yolların əsaslı təmirinə - 3,9 MİLYON MANAT AYRILIB
Onun sözlərinə görə,yolların təmirsiz, tıxac olması daşınmaz əmlakın qiymətinə birbaşa təsir edən məsələdir. Vətəndaşlar hər hansı bir yaşayış üçün və qeyri-yaşayış yeri alarkən daha yaxşı kommunikasiyanın olduğu, infrastrukturun inkişvf etdiyi , nəqliyyatın problem olmadığı yerlərə üstünlük verirlər”-deyə Vüqar Oruc bildirirb.
Eləcə də bax: DİQQƏT: Bakı-Sumqayıt yolu və Xırdalan dairəsinin bu hissəsində yol bağlanacaq
“Xırdalanda ortalama mənzillərin kv metri 900-1000-1100 manat arasında dəyişirsə, yolların pis olması mənzillərin qiymətini 10-20% ucuzlaşdıra bilər. Yollar yaxşı olsaydı qiymət daha yüksək ola bilərdi. Əgər bir yerdə tələb azalırsa avtomatik qiymətlər aşağı enir”-deyə Vüqar Oruc bildirib.