Ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu hal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Sərnişin və yük daşımalarına görə icazənin alınması üçün tələb olunan sənədlər müəyyənləşib - SİYAHI
FED.az xəbər verir ki, problemin aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. 1 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək dəyişikliyə əsasən, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunacaq.
Bu cür xətaya yol verənlərə qarşı 400 manat məbləğində cərimə sanksiyası tətbiq ediləcək. Eyni xəta inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə cərimənin məbləği 1000 manat olacaq.