Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 17,3 milyon ABŞ dolları dəyərində 1 267 ədəd yük avtomobilləri gətirilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 82 ədəd (6,9%) çox, dəyər ifadəsi ilə 5,3 milyon ABŞ dolları (23,4%) azdır.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana idxal dəyəri 22,5 milyon ABŞ dolları dəyərində 1 185 ədəd yük avtomobili gətirilmişdi.
Hesabat dövründə idxal edilən yük avtomobillərinin bir ədədinin orta idxal qiyməti 13,6 min dollar (23,2 min manat) olub ki, bu da, illik müqayisədə 5,4 min dollar (9,2 min manat) və ya 28,3% azdır.
Ötən ilin ilk ayında idxal olunan yük avtomobillərinin bir ədədinin orta idxal dəyəri 19 min dollar ( 32,3 min manat) idi.