Cari ilin yanvar-aprel aylarında Azərbaycana 439 milyon 400 min dollar dəyərində 25 min 3 ədəd minik avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 57 milyon 232 min dollar və ya 15% artıb, miqdar ifadəsi ilə 2 min 586 ədəd və ya 9% azalıb.
2023-cü ilin 4 ayı ərzində 382 milyon 169 min dollar dəyərində 27 min 589 ədəd minik avtomobilləri gətirilmişdi.
1 ədəd minik avtomobilinin orta qiyməti 2024-cü ilin 4 ayına görə 17 min 574 dollar (29 min 876 manat), 2023-ci ilin eyni dövründə isə 13 min 852 dollar (23 min 549 manat) olub. Beləliklə don bir ildə minik avtomobilləri 3 min 722 dollar (6 min 327 manat) və ya 27% bahalaşıb.