Bu ilin ilk ayında Azərbaycan xaricdən 6 milyon 588 min dollar dəyərində 139 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü inin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 100 ədəd və ya 41,8%, dəyəri isə 3 milyon 75 min dollar və ya 31,8% azalıb.
Əvvəlki ildə Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromobil idxal edilib.
Qeyd edək ki, 1 ədəd elektromobilin orta idxal qiyməti bu ilin ik ayına görə 47 min 397 dollar (80 min 574 manat) olub ki, bu da illik müqayisədə 6 min 964 dollar (11 min 839 manat) və ya 17,2% artım deməkdir.
Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 40 min 433 dollar (68 min 736 manat) idi.