Xaliq Faiqoğlu şirkətinin saytının yenilənməsi layihəsi uğurla başa çatıb.
FED.az xəbər verir ki, bu gündən etibarən internet istifadəçiləri xaliqfaiqoglu.az saytına daxil olaraq şirkət və göstərilən xidmət barəsində ətraflı məlumatlar əldə edə bilərlər.
Marcom şirkəti ilə əməkdaşlıq çərçivəsində tamamilə yenilənən sayt vasitəsi ilə Xaliq Faiqoğlu şirkətinin istismarında olan marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətini asanlıqla müəyyənləşdirmək, eləcə də avtobusları onlayn rejimdə izləmək mümkündür. Həmçinin sərnişinlər sayta daxil olaraq irad, şikayət və ya təkliflərini onlayn şəkildə bildirə bilərlər.
Bundan başqa xaliqfaiqoglu.az saytında şirkətin strukturu, həyata keçirilən layihələr, vakansiyalar və s. barəsində ətraflı məlumatlar əldə etmək olar.