Macarıstanın aşağı büdcəli “Wizzair” şirkəti sentyabrın 10-dan Gürcüstanın Kutaisi şəhərindən 7 yeni istiqamət üzrə birbaşa uçuşlara başlayacaq.
FED.az xəbər verir ki, aviaşirkət Bazel, Kopenhagen, Brüssel, Tallin, Eyndxoven, Bari və Poznan şəhərlərinə mərhələli şəkildə mütəmadi uçuşlar həyata keçirəcək.
Eləcə də bax: “Wizzair” Gürcüstandan 12 yeni istiqamət üzrə uçuşları təxirə salıb
Qeyd edək ki, hazırda “Wizzair” Gürcüstandan Avropanın 21 şəhərinə birbaşa reyslər yerinə yetirir. Şirkət qonşu ölkənin Kutaisi şəhərindəki beynəlxalq hava limanında 2012-ci ildən etibarən fəaliyyət göstərir.
Report.az