ABŞ-ın Oreqon ştatında “Airbus Vahana” uçan taksisinin prototipinin ilk sınaq uçuşu keçirilib.
Layihənin müəllifləri uçan taksinin 2020-ci ilə qədər rəsmən təqdim olunacağını bildiriblər. “İki il ərzində “Vahana” konseptual eskizdən özünün ilk uçuşunu uğurla yerinə yetirən hərtərəfli təyyarəyə çevrildi”, - deyə layihə mnüəlliflərindən biri - Zak Lavering söyləyib.
“Airbus Vahana”nın uzunluğu 6,2 metr, çəkisi 745 kq, qanadların genişliyi 5,7 metrdir. Uçan taksinin San Fransiskodan San Xose şəhərinə 18 dəqiqəyə çatacağı gözlənilir.