Türkmənistan Hava Yolları Aşqabad-Moskva uçuşlarını 2025-ci ilin yanvar ayının sonunadək dayandırdığını bildirib.
Rusiyanın daha bir neçə şəhərinə uçuşlar dayandırılır - RƏSMİ - SİYAHI
FED.az xəbər verir ki, aviaşirkətin məlumatına görə, “Turkmenistan Airlines” 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri ləğv edib.
Uçuşların təxirə salınmasının səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, dekabrın 25-də AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması fonunda bir neçə xarici aviaşirkət Rusiyaya uçuşları dayandırıb. Onların arasında AZAL-ın özü, həmçinin Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” kompaniyaları da var. (Azərtac)