Xəbər verildiyi kimi, Azərbaycanda ilk dəfə qranit materialından qazan-tava dəstlərinin istehsalına başlanılıb.
Azərbaycanda qranit qazan-tava – İSTEHSALI BAŞLAYIB – QİYMƏTLƏR - 2 MİLYON DOLLAR SƏRMAYƏ - FOTOLAR
FED.az xəbər verir ki, bu məhsulları ölkədə ilk dəfə olaraq «Galaksi» şirkəti Gəncədə yeni qurulan zavodunda istehsal etməyə başlayıb.
Şirkətin rəhbəri, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən türk iş adamı Kiyas Akkurt FED.az-a bildirib ki, indiyədək şirkət mətbəx dəstlərinin Türkiyədən idxal edilərək satışı ilə məşğul idi.
Amma idxal edilən məhsulların gömrük və daşıma xərclərinin yüksək olması nəticəsində Azərbaycanda qazan istehsalı qurmağı qərara alıb: «Azərbaycana ayda 4 min qazan dəsti gətiririk. Təqribən 4 TİR avtomobili ilə, bunların gömrük rüsumu çox yüksək idi - hər maşının xərci 55-60 min manata başa gəlirdi».
İş adamı FED.az-a bildirib ki, bu rüsumlar nəticəsində hər dəstin qiymətinin üzərinə 50-60 manat qiymiət əlavəsi gəlirdi. Artıq yerli istehsal başladığına görə, bu əlavə olmayacaq və yerli məhsulun ucuzluğunun bir səbəbi də budur.