Yanvarın 29-da Ankaradan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Rusiyaya ilk ixrac yük qatarı yola salınacaq.
Eləcə də bax: BTQ ilə Bakı-Naxçıvan-Türkiyə dəmir yollarının inteqrasiyası - Təklif Olunur
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bildirib.
15 vaqondan ibarət Ankara-Moskva konteyner qatarı 8 gün ərzində 4,65 min kilometr yol qət edəcək.
Bundan başqa. bu gün Ankaradan Çinin Sian şəhərinə daha bir qatar yola salınacaq. Həmin yük qatarı 7 792 kilometr məsafə qət edəcək. (Trend)