“Türkiyə və Azərbayсan arasında orta vaqon istehsalı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha aktiv istifadə edilməsi barədə birgə qərarlarımız var”.
FED.az məlumatına görə, bunu Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.
F. Oktay deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı ortaq tarifin müəyyənləşdirilməsi, həm də dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması ilə bağlı anlaşma və çalışmalar var: “TUBİTAK (Türkiyə Elmi Texniki Araşdırma Şurası-red.) Azərbaycanda 27 laboratoriya açacaq, bununla bağlı razılaşma əldə olunub. Bu, Azərbaycan iş adamlarının başqa ölkələrlə də ticarətini asanlaşdıracaq”.