Türkiyənin “JLT Türkiye” sığorta şirkəti İstanbulda, Bosfor boğazında inşa olunmuş Sultan Səlim Yavuz körpüsünü terror aktları və yanğınlara qarşı sığorta edib.
Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, razılaşma bir il müddətinə imzalanıb. Sığorta müqaviləsinin müddəti uzadıla bilər.
Hazırda sığorta şirkəti digər körpülərin də sığorta olunması üçün danışıqlar aparır.
Qeyd edək ki, Sutan Səlim Yavuz körpüsü bu ilin avqustunda istifadəyə verilib.