Türkiyənin “Atlas Global” aviaşirkəti son dörd ay ərzində ikinci dəfə uçuşları dayandırıb. Gözləntilərə görə, o, müflis olduğunu elan edəcək.
Eləcə də bax: Türkiyə təyyarələrində qaydanı pozanlara – 430 DOLLAR CƏRİMƏ
FED.az xəbər verir ki, bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.
“Kompaniya 2019-cu ildə yeni İstanbul aeroportuna köçməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən müflis olduğunu elan etməyi planlaşdırır”, - nəşr yazır.
Kompaniya artıq 27 noyabr – 21 dekabr tarixlərindəki reysləri ləğv edib. Bundan sonra o, London, Bağdad, Tel-Əviv və Amsterdama, eləcə də bəzi daxili marşrutları qismən bərpa edib.
Qeyd edək ki, “Atlas Global” “ETS Group” holdinqinə məxsusdur. Onun parkında 18 təyyarə, eləcə də İstanbulda yerləşən Baş Qərargahı var.
Qafqazinfo