Türkiyənin milli daşıyıcısı olan “Turkish Airlines” bildirir ki, sərnişinlər şirkətin beynəlxalq reyslərində “WhatsApp”, “Messenger”, “iMessage” və digər mesencerlərdən məhdudiyyətsiz istifadə edə bilərlər.
«Türk Hava Yolları»nın səhmləri bir ildə - 5 DƏFƏ BAHALAŞDI - «LÜFTHANSA»NI GERİDƏ QOYDU
FED.az xəbər verir ki, bu xidmət aprel ayından “Miles & Smiles” proqramının bütün iştirakçıları üçün əlçatan olacaq, “Classic Plus”, “Elite” və “Elite Plus” statusu olan iştirakçılar isə pulsuz geniş internet paketləri əldə edəcəklər.
Mesencerlərdəki limitsiz trafik əvvəlcə “Turk Telekom”un internetə çıxış təqdim etdiyi təyyarələrdə, sonra isə “Turkish Airlines”ın internetə qoşulmuş bütün təyyarələrində fəaliyyət göstərəcək. (Azərtac)