Türk Hava Yolları (THY) ötən il və dekabr ayı üzrə sərnişin və yük daşıma nəticələrini açıqlayıb.
Bakı aeroportundan 1 gündə 22 min nəfər uçub - İstanbul, Naxçıvan, Moskva, Tbilisi
FED.az xəbər verir ki, daşınan sərnişinlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1% artaraq 6,1 milyon nəfər təşkil edib.
Daşınan beynəlxalq sərnişinlərin sayı 2022-ci ildəki 2,2 milyondan, bu dövrdə 19 faiz artaraq 2,6 milyona çatıb.
2023-cü ilin dekabr ayı ərzində daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 137,9 min tondan 15,8% artaraq 159,7 min tona çatıb.
2022-ci ilin eyni dövrü ilə müqayisədə 2023-cü ildə daşınan sərnişinlərin ümumi sayı 16,1% artaraq 83,4 milyon nəfər olub.
Beynəlxalq daşımalarda sərnişinlərin sayı 2022-ci ilin eyni dövründəki 23,4 milyondan 27,1% artaraq 29,8 milyona çatıb.
Bu dövrdə daşınan yük/poçt 2022-ci ilin eyni dövründəki 1,68 milyon tondan 1,2% azalaraq 1,66 milyon tona düşüb.
2023-cü ilin dekabr ayının sonuna Türk Hava Yollarının donanmasındakı təyyarələrin sayı 440 ədəd olub. (Marja)