Nəqliyyat

"Türk Hava Yolları" bu ölkəyə - UÇUŞLARI DAYANDIRDI

"Türk Hava Yolları" bu ölkəyə - UÇUŞLARI DAYANDIRDI | FED.az
10:19 29 Fev 2020

"Türk Hava Yolları" (THY) şirkəti koronavirusun yayıldığı İtaliyaya uçuşları dayandırdığını açıqlayıb.

Eləcə də bax: Türk Hava Yolları Naxçıvana uçuşları - MÜVƏQQƏTİ DAYANDIRDI

FED.az xəbər verir ki, bununla bağlı hava yolları şirkətindən bildirilib ki, son günlərdə İtaliyada yeni növ koronavirusun (Kovid-19) sürətlə yaylması səbəbilə təyyarə səfərlərində bəzi dəyişikliklər edilib:

"Son günlərdə İtaliyada sürətlə yayılan koronavirus xəstəliyi səbəlilə bəzi səfərlərimizdə dəyişikliklər edildi. Qeyd edilən səbəbə görə, 1 mart tarixində İtaliyaya olan uçuşumuz ləğv edilmişdir. Bilet alan sərnişinlər biletlərini başqa bir vaxta dəyişə, və ya qaytara bilərlər".

Qeyd edək ki, sonuncu məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 21 nəfərdir, 821 nəfər isə virus daşıyıcısıdır.

Yeniavaz

Digər xəbərlər