“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tam hüquqlu üzvü olub.
“Türk Hava Yolları” və Azərbaycan Turizm Assosiasiyası arasında artıq bir neçə müddətdir üzvlük haqqında danışıqlar gedirdi. Danışıqların nəticəsi olaraq, “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının tam üzvləri siyahısına əlavə olunub.
Beləliklə “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının üzvlüyünə daxil olmuş ikinci aviaşirkədir. Bundan öncə “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA üzvluyünə qəbul olunub.
AZTA rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyası bu münasibətlə təbrik edib və xüsusi üzvlük serifikatını təqdim edib.
“Hörmətli Seyfullah bəy, Sizi siralarımızda görməyə çox şadıq və mən əminəm ki, “Türk Hava Yolları” Azərbaycanda turizm sektorunun inkişafına öz tövhəsini verəcək. Bu fəaliyyətin Azərbaycan Turizm Assisiasiyası ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindirici haldır”- , N.Bağırov deyib.
Seyfullah İlyas isə oz növbəsində şirkətin Azərbaycan Turizm Assosiasiyası üzvlüyünə daxil olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, ölkənin turizm sənayəsinin inkişafında da bundan sonra da aktiv iştirak edəcək.