Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev vəfat edib.
FED.az biznes portalı "APA-Economics"ə istinadən xəbər verilir ki , bu barədə TRACECA Katibliyindən açıqlama verilib.
"Bu faciəli hadisə təkcə yaxın və əzizləri üçün deyil, həm də bütün TRACECA ailəsi üçün böyük itkidir", - məlumatda qeyd edilir.
Qeyd edək ki, A. Mustafayev ürək tutmasından həyatını dəyişib.
Xatırladaq ki, Akif Mustafayev 1947-ci ilin fevralın 17-də anadan olub. Evli idi, iki övladı var. O, 2002-ci ilin fevralından TRACECA üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi vəzifəsində çalışıb. İndiyədək fəaliyyəti nəticəsində bu mühüm nəqliyyat dəhlizinin inkişafı və reallaşması üçün böyük xidmətləri olub.
Allah rəhmət eləsin!