Azərbaycanda yükdaşıma şirkəti “166 Yükdaşıma və Logistika”nın (“Cargo.az” MMC) baş icraçı direktoruna yeni müavin təyin edilib.
Hikmət Salmanov bu sığorta şirkətinə sədr - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Maqsud Orucovdur. O, bu vəzifəsi ilə paralel şirkətin baş əməliyyat inzibatçısı vəzifəsində çalışacaq.
M.Orucov bundan öncə “Veysəloğlu” şirkətlər qrupu, “Avrora” şirkətlər qrupu, “Delta Group CO” MMC və “AgroTrade Supply” MMC-də müxtəlif vəzifələrdə çalışıb.
“166 Yükdaşıma və Logistika” 2011-cin ildən fəaliyyətdədir və əsasən yükdaşıma xidmətləri ilə ixtisaslaşıb.