Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə yeni dövlət rüsumları müəyyənləşdirilir.
Hazırlıq keçməyən sürücüləri taksiyə işə götürənlər üçün - 2000 MANAT CƏRİMƏ
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üzrə dövlət rüsumları müəyyənləşdirilir.
Beləliklə, sənədə əsasən taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün 25 manat, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün 75 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün isə 3000 manat dövlət rüsumu ödəmək tələb olunur.