“Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşıb”.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.
Qurum rəsmisi bu gün axşam saatlarında Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işlərinin başa çatdığını, Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətinin tam bərpa edildiyini qeyd edib.
“Sözügedən ərazidə 250 min kvadratmetr sahədə asfalt-beton örtüyü tam olaraq yenilənib. Zəruri yerlərdə yeni yol nişanları quraşdırılıb, xətlənmə işləri aparılıb”, - deyə o, sözlərinə lavə edib.
Xatırladaq ki, iyunun 26-dan 27-nə keçən gecədən etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinə başlanılıb.
Bakı Avtovağzalında hər şey dəyişəcək – DETALLAR
@qafqazinfo.az