“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 28 mart 2019-cu il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən cəmiyyətin inzibati binasında keçiriləcək.
Yığıncağın gündəliyi:
1. “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin 2018-ci ilin yekunları və 2019-cu ildə görüləcək işlər haqqında idarə heyətinin hesabatı.
2. Müşahidə şurasının hesabatı.
3. Maliyyə-təftiş komissiyasının hesabatı.
4. 2018-ci təsərrüfat ilinin balans və hesabatının təsdiq edilməsi.