Bu ilin yanvar ayında “Silk Way Airlines” şirkəti Gürcüstana 66 445 ton yük daşıyıb.
Eləcə də bax: “Gürcüstan Hava Yolları” - SATIŞA ÇIXARILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Hesabat ayında Azərbaycan şirkəti Tbilisi beynəlxalq hava limanına ən çox yük çatdıran V aviaşirkət olub.
Reytinqdə I yerdə Lüksemburqun “Cargolux Airlines” (230 885 ton), II yerdə Türkiyənin “Turkish Cargo” (225 528 ton), III yerdə Moldovanın “Fly Pro” (190 176 ton), IV yerdə isə Gürcüstanın “Georgian Airways Cargo” (133 292) şirkətidir.