Hazırda Zəngilanın avtomobil yollarında “Yol nişanı” MMC-nin istehsalı olan yol nişanları quraşdırılır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır - FOTOLAR
FED.az xəbər verir ki, bunu “Yol nişanı” MMC-nin nümayəndəsi Türkan Əliyeva deyib.
Onun sözlərinə görə, Şuşa və Laçında da istehsal etdikləri yol nişanları quraşdırılıb.
T.Əliyeva bildirib ki, il ərzində 5-6 min yol nişanı istehsal edirlər. İstehsal etdikləri məhsulun dəyəri sifariş sayından asılı olaraq dəyişir: “Əsas hədəfimiz yerli istehsalı artırmaqla idxalın azaldılmasına nail olmaqdır. İstehsal üçün həm yerli, həm də xaricdən gətirilmiş xammaldan istifadə edirik”.
T.Əliyeva qeyd edib ki, Azərbaycanın yol nişanlarına olan tələbatının 30-40 faizi təmsil etdiyi şirkət tərəfindən ödənilir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)