Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.
Eləcə də bax: "Çin avtomobilləri yollarımızı məhv edib" - AGENTLİK SƏDRİ
FED.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
Şəhərlərarası nəqliyyat məsələsi öz həllini necə tapır və bu sahədə hansı problemlər, hansı nailiyyətlər var?
Ramin Quluzadə: Möhtərəm cənab Prezident, biz bir ay öncə şəhərlərarası gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkcə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq.
Prezident İlham Əliyev: Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri – bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər.