Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Türkiyə Dilucu Gömrük Müdirliyi arasında “Dilucu” sərhəd-buraxılış məntəqəsində gömrük əməkdaşlığı çərçivəsində görüş keçirilib.
Naxçıvan gömrüyündə daha bir yenilik – BAKIDAN GEDƏN YÜKLƏR RÜSUM ÖDƏMƏYƏCƏK
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a bildirilib ki, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin və “Dilucu” Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.