Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-də, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geriyə dönmə hissəsi yaradılıb.
Eləcə də bax: “VAZ dairəsi” olan yolda sürücüləri sevindirəcək - YENİLİK OLACAQ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilib.
Ərazidə zəruri yol nişanları quraşdırılıb və üfiqi nişanlanma xətləri çəkilib.