2022-ci ildə AZAL-ın uçuş marşrutları gəlirli olub.
Nazir: “AZAL ölkədə illik gəlirləri 1 milyard manatın üzərində olan nadir şirkətlərdəndir”
FED. xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktoru Ruslan Əlixanov bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Airbus" şirkəti arasında təyyarələrin satın alınması üzrə müqavilənin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, yeni təyyarələrin alınması AZAL-ın uçuş coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. (Trend)