Rusiyanın logistika şirkəti BEŞ 2023-cü ildə Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır.
Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarında payı - 14% BÖYÜYÜB
FED.az Rusiya mətbuatına istinadən məlumat verir ki, şirkətin həmtəsisçisi, baş direktorun müavini Vadim Filatovun sözlərinə görə, şirkətin planlarına Mərkəzi Asiyada yığma yük daşımaları bazarının böyük hissəsini tutmaq, sonra bunu vahid lokal transsərhəd daşımalar sisteminə daxil etməkdir.
"Biz 1,5 il ərzində Qazaxıstanda üç yeni filial açdıq, Qırğızıstan, Tacikistan, Özbəkistan, BƏƏ və Türkiyədə bölmələri işə saldıq. Bu il Çində mövcud olana əlavə olaraq daha iki filial, habelə Azərbaycanda nümayəndəlik açmağı planlaşdırırıq. MDB ölkələrində genişlənməyə davam edəcəyik - gələn ilin sonuna qədər Özbəkistanda daha 10 filial, Qazaxıstanda və Türkiyədə də bu qədər filial işə salacağıq", - Filatov bildirib. (İnterfaks-Azərbaycan)