Moskvanın və Rusiyanın ən böyük aeroportlarından biri - Şeremetyovo tam özəlləşdiriləcək.
FED.az xəbər verir ki, aeroportun indiyi özəl saşibləri dövlətdə qalan payın da alınması üçün müraciət ediblər.
Eləcə də bax: Türkiyə aviaşirkəti müflis olub - UÇUŞLARI DAYANDIRDI
Hazırda havaa limanının səhmlərinin 66,1%-i Kiprdə qeydiyyatdan keçmiş «Şeremetyevo holdinq»ə məxsusdur. Həmin şirkətin özü isə rusiyalı milyarderlərə məxsusdur. 65,22% səhm Aleksandr Ponomaryova və Aleksandr Skoroboqatkoya, 34,78% isə Arkadi Rotenberqə məxsusdur.
Dövlət isə aeroportun 30,46% səhminə sahibdir. Artıq bu barədə müraciət edilib və baş tutsa, Şeremetyevo aeroportu tam özəl olacaq.
Qaydaya görə, özəl investorlar dövlətdən qalan səhmləri razılaşdırılmış qiymətlə, amma bazar qiymətindən təqribən 35% artıq qiymətə alacaqlar. Bəzi qiymətləndirmələrə görə, dövlətdəki səhmlərin qiyməti təqribən $50–70 milyarddır. Amma dəqiq məğləğlər məlum deyil. Son qiyməti Rusiyanın Əmlak Komitəsinin cəlb etdiyi qiymətləndirici müəyfən edəcək.
Səhmdarlar bu qiymətə razılışmasalar aeroportdakı dövlət payı hərraca çıxarılıb satılacaq.
Şeremetyevo aeroportu Avropanın 8-ci ən çox sərnişin keçən hava limanıdır. Ötən il burada 49,9 milyon sərnişinə xidmət edilib. Aeroportun dövriyyəsi isə 45% artaraq 84 milyard rubla çatıb.