Rusiyanın dövlət sərhədinin bir neçə buraxılış məntəqəsi malların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunacaq.
Eləcə də bax: Qubaya səfərlərin başladığı vaxtda Bakı-Quba yolunda - TƏMİR BAŞLADI - FOTO - VİDEO
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.
Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq sənəddə bildirilib ki, yeniliklər yükdaşımaların artmasına və Rusiyaya zəruri məhsulların idxalını sürətləndirməyə kömək edəcək.
Türkiyədən malların gəldiyi Qafqaz dəniz keçid məntəqəsi, Azərbaycanla sərhəddəki Yaraq-Qazmalyar avtomobil keçid məntəqəsi və Gürcüstanla sərhəddəki Yuxarı Lars avtomobil keçid məntəqəsinə dəyişikliklər tətbiq olunacaq. (Apa)