Stavropol diyarının Minvodı şəhəri ilə Bakını «Lastoçka» sürət qatarı birləşdirə bilər. FED.az xəbər verir ki, Şimali Qafqaz Dəmiryollarından verilən məluata görə, Rusiya Dəmiry yolları bu layihəni nəzərdən keçirir.
Eləcədə bax: Bakıdan Türkiyənin daha bir kurortuna - UCUZ REYS - QİYMƏT
Qurumdan bildirilib ki, əgər infrastruktur hazır olsa, şirkət bu variantın üzərində dayanacaq. Yeri gəlmişkən, Minvodı ilə Bakı arasında sürət qatarının açılmasında Stavropol vı qatarın ərazisindən keçəcəyi Dağıstan vilayətləri də maraqlıdır. Onların fikrincə bu layihə urist axınını gücləndirəcək və bu ərazilərə yeni investisiyalar gətirəcək.
Eləcədə bax: Dəmir Yolları etiraf etdi - QİYMƏTLƏRİ QALDIRMIŞIQ
Rusiyanın Şimal Qafqaz işləri üzrə nazirliyi bu qatar layihəsi ilə bağlı planlarını hazırlayır. Əsas məqsədlərdən biri də yola sərf olunan vaxtın qısaldılması və turistlərin komfortlu daşınmasıdır. Plana görə, qatar Minvodıdan Dərbəndə 3,5 saata, Bakıya isə 4,5 saata çata bilər.
Qeyd edək ki, «Lastoçka» sürətli elektrik qatarı Almaniyanın Siemens AG şirkəti tərəfindən hazırlanıb, 5 vaqondan ibarətdir və sürəti saatda 160 km/saata çatır.
Eləcədə bax: Vergilər mağazalarda "kassa reyd"lərinə başladı - CƏRİMƏ, XƏBƏRDARLIQ...
Rusiyadan Azərbaycana yeni qatar – 4 SAATA GƏLƏCƏK
15:41
29 Avq 2018