Rusiyadan Azərbaycan və Gürcüstan istiqamətindəki Hərbi Gürcüstan avtomobil yolu bütün nəqliyyat vasitələri üçün bağlanıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimali Osetiya-Alaniya Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.
Eləcə də bax: Azərbaycanlılar Rusiya sərhədindən - ƏN ÇOX PUL KEÇİRƏNLƏR ARASINDADIR
Məlumatda deyilir ki, avtomobil yolunun Vladiqafqaz şəhəri və Lars yaşayış məntəqəsindən Rusiya sərhədinə kimi olan hissəsi fevralın 7-si səhər saatlarından bütün nəqliyyat vasitələri üçün bağlıdır. Bu, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədardır.
Baş İdarə əhaliyə göstərilən istiqamətdə nəqliyyat vasitələri ilə hərəkət etməməyi tövsiyə edib.
Azərtac