Azərbaycan və Gürcüstan ilə sərhəddə Rusiyanın bir sıra keçid məntəqələrinin yenidən qurulması və əlavə təchizatı 2026-cı ilin sonuna qədər avtomobillə daşınan yüklərin həcmini 2,6 dəfə, hazırki 10 milyon tondan ildə 26,3 milyon tona qədər artırmağa imkan verəcək.
Azərbaycanla Rusiya arasında “Xanoba” gömrük məntəqəsinin tikintisi - BAŞA ÇATIR
FED.az xəbər verir ki, bu barədə “Beynəlxalq nəqliyyat dəhlizləri Müdiriyyəti” MQT-nin direktor müavini Sergey Saburov “Xəzər regionunun nəqliyyat logistikası” forumu çərçivəsində məlumat verib.
Həmçinin, dəmir yolu ilə yüklərinin buraxılış həcmi ildə 15 milyon tona qədər artacaq. Söhbət Yuxarı Lars (Gürcüstanla sərhəddə), həmçinin Dağıstanın Yaraq-Kazmalyar, Tagirkent-Kazmalyar, Novo-Filya və Dərbənd (Azərbaycanla sərhəddə) keçid məntəqələrindən gedir.
"Keçid məntəqələrinin infrastrukturunun inkişafı baxımından bir sıra obyektlərin (Yuxarı Lars, Yaraq-Kazmalyar, Tagirkent-Kazmalyar, Novo-Filya, Dərbənd) yenidən qurulması və əlavə təchizatı planlaşdırılır. Bu, 2026-cı ilin sonuna qədər ildə 26,3 milyon ton həcmində avtomobil keçid məntəqələrinin buraxılış qabiliyyətinə çatmağa imkan verəcək ki, bu da ildə 16,3 milyon ton artım təşkil edəcək. Dəmir yolu keçid məntəqəsinin keçid qabiliyyəti tədbirlərin icrasının yekunları üzrə 15 milyon ton təşkil edəcək", - Saburov bildirib.
O qeyd edib ki, eyni zamanda İran və Azərbaycan tərəfləri ilə İran ərazisində Reşt-Astara dəmir yolu hissəsinin tikintisi layihəsi üzrə iş aparılır. Bu layihə «Şimal-Cənub» BND-nın qərb marşrutu ilə yüklərin daha sürətli və rahat keçidini təmin edəcək. Bununla da yüklərin dəmir yolu nəqliyyatından avtomobil nəqliyyatına yüklənməsinin zəruriliyi istisna edilir. (İnterfaks-Azərbaycan)