İyulun 15-dən Rusiya 2020-ci ilin martında koronavirus infeksiyasının yayılması ilə əlaqədar dövlətin quru sərhədini keçməsi ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri ləğv edib.
Eləcə də bax: Rusiya bu tarixdən quru sərhədlərini - AÇACAQ
FED.az xəbər verir ki, müvafiq sənədi ölkənin baş naziri Mixail Mişustin imzalayıb.
Bundan əvvəl epidemik vəziyyətin yaxşılaşması ilə əlaqədar iyunun 14-dən etibarən xarici vətəndaşların Rusiyaya hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi qərara alınıb. Lakin yerüstü nəqliyyat vasitələri ilə girişə bir sıra məhdudiyyətlər tətbiq olunmağa davam edib. (Trend)