AZAL transformisiya dövrünü yaşayır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları Sağlamlıq, Təhlükəsizlik, Keyfiyyət və Ətraf Mühit direktoru Rəşad Haqverdiyev “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.
İstehsalat və məişət tullantıları haqqında qanuna dəyişiklik edildi - FƏRMAN
O bildirib ki, biz təyyarə parkımızı yeniləyiirk. Biz 20-dən çox Airbus təyyarə ilə yeniləməyi düşünürük. Bu addımlar 20% yanacaq istifadəsini azaldacaq. Bundan əlavə olaraq bizim komanda yeni bir proqram təminatından istifadə edir, bu sistem vasitəsilə ən yaxşı marşrut tapılacaq və karbon emissiyası azalacaq.
"AZAL özünə xidmət, check-in xidmətindən istifadə edir. 18 əl baqajı toplama nöqtəsi və özünəxidmət (Self check-in) məntəqəsi açıqlacaq. Bu görülən işlər 1 il ərzində 10 ton kağıza qənaət etmək deməkdir. AZAL tullantıların emalı ilə bağlı layihələr həyata keçirir. Hər il 15 ton kağız tullantını emal edəcəyik. Biz bu layihəni həyata keçirəcəyik." - deyə Rəşad Haqverdiyev əlavə edib.
O qeyd edib ki, AZAL hər il ağacəkmə layihələrində də iştirak edir. Ekologiya Nazirliyi ilə birgə Bakı və rayonlarda minlərlə ağac əkirik. 5 hektar ərazidə yerləşən aeroportumuzda olan 3000 ağac kolunun suvarılması məqsədi ilə biz müasir suvarma sistemlərindən istifadə edirik.