Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Eləcə də bax: Bu gündən Azərbaycanda karantin rejimi - GÜCLƏNDİRİLİR
FED.az xəbər verir ki, xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Report