"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ASC-nin idarəetmə forması dəyişdirilərək “HN Trans” MMC yaradılıb.
"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ləğv edilir - 380 minlik səhmlər dövriyyədən çıxarılır
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
“"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ASC özəl sahibkarlıq subyektləridir. Mülkiyyətçi tərəfindən şirkətlərin idarəetmə forması dəyişdirilərək “HN Trans” MMC yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Salyan şəhəri, Yusif Qasımov küçəsi, 3 ünvanında yerləşən vağzala 2-ci kateqoriyalı avtovağzal statusu verilib. Pasportlaşdırılan vağzaldan əhaliyə gündəlik sərnişindaşıma xidməti göstərilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir müddət öncə "Salyan - Avtovağzal" ASC və "Salyan - Sərnişin" ASC ləğv edilib, onlara məxsus səhmlər silinərək dövriyyədən çıxarılıb. (Apa)