Fevralın 17-dən Rusiyanın “Pegas Fly” şirkəti Nijni Novqoroddan Bakıya reyslərə başlamağı planlaşdırır.
Eləcə də bax: Moskva-Bakı-Moskva marşrutu üzrə - Uçuşlar Başlayır
Reyslər Nijni Novqorodun “Striqino” aeroportundan fevralın 17-dən martın 24-dək planlaşdılır. Uçuşlar çərşənbə günləri yerinə yetiriləcək.
“Uçuşlar Nijni Novqoroddan yerli vaxtla 23:35-də yerinə yetiriləcək. Heydər Əliyev Hava Limanına eniş yerli vaxtla saat 03:35-də olacaq. Əks istiqamətdə uçuşlar yerli vaxtla 4:35-də yerinə yetiriləcək. Nijni Novqoroda eniş saat 06:35-də olacaq”, - aeroportun saytındakı cədvəldə qeyd olunur.
Bundan başqa, 2021-ci ilin mart ayında Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburqdan Azərbaycana reysləri bərpa etməyi planlaşdırır.
Yekaterinburq aeroportunun saytındakı cədvələ əsasən, Bakıya reyslər “Aerobus” tipli təyyarələrlə cümə axşamları yerinə yetiriləcək. Uçuşların müddəti – martın 4-dən 25-dək olacaq. (İnterfaks)