Təyyarə istehsalı üzrə Fransa-Almaniya birgə müəssisəsi "Airbus" şirkətinin törəməsi "Airbus Defence And Space SAS" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Eləcə də bax: "Silk Way West Airlines" iki yeni nəsil Airbus A350F sifarişini - TƏSDİQLƏDİ
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, sözügedən filial 2016-cı ildən fəaliyyət göstərir. (Report)