2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə görə sərnişindaşıma ilə məşğul olan müəssisə yeni avtobuslar idxal etdiyi halda, hansı ƏDV öhdəliyi yaranır?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək müddəalarına əsasən, sürücü daxil olmaqla, 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş, sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilib.
Bu səbəbdən, 2020-ci il yanvarın 1-dən qeyd olunan avtobusların idxalı ümumi qaydada ƏDV-yə cəlb olunur.
Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq bu azadolma benzin və dizel yanacağı ilə işləyən avtobusların idxalına şamil edilmir.