Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək.
Rəsmi Bakı Azərbaycan üzərindən Ermənistana yük daşınmasına - İCAZƏ VERDİ
FED.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Yaxın vaxtlarda Ermənistana Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Qazaxıstan taxılının ilk partiyası gətiriləcək. Sülh qurulub”, - nazir qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.
Ermənistan Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb. (Apa)